Bəhruz Quliyevdən "EVDƏ QAL" ÇAĞIRIŞI

"Bu gün dünyanın qarşılaşdığı qlobal problemlə-koronovirusla  mübarizəyə hazırmısınız? Sözsüz ki, hər kəs vətəndaş məsuliyyətini, sosial məsuliyyəti dərk etməli, özünütəcrid tədbirlərinə, sosial-izolyasiya istiqamətində atılan addımlara, verilən qərar və tövsiyələrə birmənalı əməl etməlidir.  Məncə, heç bir şayiə, yalan, təxribatçı, sensasiya xatirinə yayılan məlumatlara deyil, rəsmi məlumatlara inanmalı və cəmiyyəti eyni zamanda, mənəvi-psixoloji depressiyaya salmamaq üçün diqqətli olmalıyıq".

Bu fikirləri  "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az -a açıqlamasında bildirib.

Ekspert vurğulayır ki, bu infeksiyanın harda, hansı şəraitdə, hansı səbəbdən  yarandığı, necə və kimlər tərəfindən hazırlandığı, niyə yayıldığı başqa bir mövzudur: "Mən yalnız onu deyə bilərəm ki, qlobal koronavirus problemi heç də təsadüfi deyil.  İndiki dövrdə dünyada baş verən qlobal  kataklizmlər, insanın- insanlığa qarşı etdikləri haqsızlıqlar,  vəhşiliklər, ədalətsizliklər, dünyagirlik, nəfs  və s... bu kimi əməllərin hər biri hansısa formada səbəbdir. Gör nə vəziyyət yarandı ki, hətta yüzlərlə uşaqlar vəhşiliklərlə, işgəncələrə məruz  qaldı,  insanlar alçaldı... 3 yaşlı görpə uşaq ölüm anında "Bunları Allahıma çatdıracam və hamısını ona danışacağam" dedi. Sizcə 100-lərlə bu cür hadisələr hər biri səbəb deyilmi?". 

Bəhruz Quliyev qeyd edir ki, bu gün qarşımızda duran  əsas məsələ Azərbaycanda az itki ilə bu epidemiya dövrünü başa vurmaqdır: "Onun üçün dövlət öz öhdəliklərini artıqlaması ilə yerinə yetirir. Bəs cəmiyyət adekvat cavab verirmi? Bax əsas sual budur. Biz infeksiyanın ciddiliyini dərk edib,  həmrəylik göstərib, bu virusa qarşı birgə mübarizə aparmalıyıq. Onsuzda cəmiyyətdə də virus infeksiyasına qarşı güclü immunitet yaranır və müqavimət artır. 

Evdə qal ki, qalib gələk!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31