Smart üzüklər vasitəsilə COVID-19 virusuna yoluxan xəstələr müəyyən ediləcək
26 Mart 2020 10:04 SosialSan-Fransiskoda Oura Ring smart üzüyündən istifadə edərək COVID 19 virusuna yoluxan və yoluxma ehtimalı olan insanların səhhəti izləniləcək.
ted.az bildirir ki, hazırda bu vasitə bir neçə insanın üzərində təcrübədən keçirilir.
Sözügedən üzük 2 mindən çox təcili tibbi yardım həkimlərinə verilib. Mütəxəssislər ümid edirlər ki, bu üzük vasitəsilə erkən simptomları bildirən alqoritm də hazırlamaq mümkün olacaq.
Xatırladaq ki, Oura Ring smart üzüyü vasitəsilə gün ərzində insanın bədən hərarətini və ürək döyüntülərini izləmək mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31