Koronavirus nə qədər “yaşayır”? – Alimlər müddəti açıqladılar
26 Mart 2020 05:40 SosialKoronavirus səthlərdə 17 gün qala bilər.
"RİA Novosti" xəbər verir ki, bu, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında bildirilir.
Mütəxəssislər üç kruiz gəmisindəki COVID-19-a yoluxma hallarını araşdırıblar. Bildirilir ki, gəmilər müxtəlif ölkələrdən olan səyahətçilərin yerləşdikləri məhdud ərazi olması səbəbindən yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradılır.
Fevral ayında 700-dən çox insanın koronavirusa yoluxduğu "Diamond Princess" kruiz gəmisini araşdırdıqdan sonra elm adamları COVID-19 virusunun iki həftədən çox yaşaya biləcəyi qənaətinə gəliblər. Qeyd edilir ki, sərnişinlər bütün kayutları tərk etdikdən 17 gün sonra da burada SARS-CoV-2 aşkar olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31