Azərbaycanda bəzi məmulatlar gömrük rüsumlarından azad edildi
25 Mart 2020 22:21 SosialNazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Trend bildirir ki, bu barədə qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən pambıq (vata), keçə və ya fetr və toxunmamış materiallar, xüsusi iplik, ciyə (viş), kəndir, kanat və troslar və onlardan məmulatları gömrük rüsumlarından azad edilib.
Bu qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31