Sumqayıt Dövlət Dram Teatrının  rəhbərliyi də  dəstək aksiyasına qoşuldu

Bütün dünyanı bürümüş  koronavirus (COVİD-19)  infeksiyasına  qarşı mübarizədə  Azərbaycan  hökuməti də  ciddi səylər  göstərir, gərəkən zəruri tədbirləri yubanmadan həyata keçirir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkədəki vəziyyətə ciddi nəzarət olunur. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi rejimin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Olaylar. az bildirir ki, Prezident İlham Əliyev Sosial Həmrəylik nümayiş etdirməyin vacibliyini vurğulayıb, bu barədə tövsiyələrini xalqa çatdırıb. Daha sonra bir ilik əmək haqqını mübarizə tədbirlərinin gücləndirilməsi üçün təşkil edilmiş Fonda köçürüb. I Vitse-prezident Mehriban xanım Əliyeva da eyni qaydada bu təşəbbüsü dəstəkləyib.

​Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi də nəcib əmələ qoşulub. Belə ki, tetarın direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Xalq artisti Firudin Məhərrəmov bir aylıq əmək haqqlarını "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" müvafiq Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

​Koronavirus sağlamlığımıza qarşı yönəlsə də, insanları təşvişə salsa da, sosial həmrəyliyin, birliyin və gigiyenik qaydaların qarşısında tab gətirə bilməz.

​Qaydaları bilək, xəstəliyə güc gələk!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31