TƏCRİDOLUNMAYIN!- YƏHYA BABANLI

YƏHYA  BABAHLI

TƏCRİDOLUNMAYIN!

"Dünya təhlükəli, düşmənsə hər tərəfdədir - hər kəs qorunmağa məcburdur. Qala bizə etibarlı sığınacaq kimi görünür. Amma təcridolunma bizi heç də o qədər qorumur. Ən yaxşısı insanlar arasında olmaqdır".

Təcrid deyil, mühafizə etməli və birlikdə müdafiə olunmalıyıq.

Təcrid başqa, mühafizə bir başqadır.

Sosial məsuliyyət özünün və ətrafının qayğısına qalmaqdır. Təkcə özünü yox, bütövlükdə cəmiyyəti düşünməkdir.

Təcrid olunsaq nə özümüzə, nə də ehtiyacı olana kömək edə bilmərik.

Təcrid insanlığın sonudur...

Mühafizə olunmaqsa özümüz ilə yanaşı, ətrafımızda olanları, bütünlüklə cəmiyyəti qorumaqdır.

Gəlin hamılıqla mühafizə olunaq - birgə insanlığa xidmət edək.

Bəşəriyyət yeni təşəbbüslərin, yerində xeyirxahlığın, şəfalı əllərin üzərində ağ günə çıxacaqdır.

Buna görə elə HƏMRƏY olaq.

Axı, "biz birlikdə güclüyük!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31