Koronavirusun yeni ehtimal olunan episentri açıqlandı
25 Mart 2020 12:31 SosialKoronavirusun yeni ehtimal olunan episentri açıqlanıb.
Oxu.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris açıqlama verib.
Onun sözlərinə görə, bu, ABŞ ola bilər:
"Hazırda ABŞ-da yoluxanların sayında sürətli artım müşahidə edilir. Deməli, onların, doğrudan da, belə potensialı var".
Son məlumatlara görə, ABŞ-da 54893 yoluxma faktı qeydə alınıb. Yoluxanlardan 783-ü ölüb, 348-i sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31