"GROW GROUP AZERBAIJAN" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat məbləğində ianə ayırıb
25 Mart 2020 12:08 Sosial"Grow Group Azerbaijan" şirkəti sosial məsuliyyətini dərk edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat məbləğində ianə ayırıb.
Qeyd edək ki, Grow Group Azerbaijan uzun müddətdir ki, ən qabaqcıl pomidor istehsalçılarındandır və həmçinin, müasir istixana komplekslərinin tikintisi və quraşdırılmasında qeyri-neft sektoruna öz töhvəsini verməkdədir.
Şirkət yaranmış çətin vəziyyətlə əlaqəli ölkə rəhbərinin tövsiyyələrini əsas tutaraq heç bir işçisini ixtisara salmayacağı baresində də açıqlama vermişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31