“Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında” qanun hazırlanacaq
25 Mart 2020 06:57 Sosial"Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında" qanunun qəbul olunmasına dair təkliflər hazırlanacaq.
Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər "Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında" qanunun qəbul olunmasına dair təkliflər hazırlanması barədə öhdəlik götürüblər. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31