"Lağ- lağa zamanı deyil"- MUSA QASIMLI

MUSA QASIMLI

Millət  vəkili

Milyonlarla insanın edə bilmədiyini gözlə görünməyən Koronavirus edir. Artıq dünyanın əvvəlki kimi olmagacağı indidən məlumdur. Yeni dünya yaranır. Baş verənlərə "Koronavirus inqilabı" , " Koronovirus qırğını" və ya "Koronovirus müharibəsi" də demək olar. Məqsədim əlbəttə, bu deyildir. Məni heyrətləndirən bəzi şəxslərin Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət etmədən Bakı küçələrində məsuliyyətsiz, " eh" deyib əl yelləyərək danışmaları, uşaqsayağı davranışlarıdır. Amma bu şəxslər uşaq deyillər, 65-dən yuxarı yaşları var. Xatırlatmaq istəyirəm: müalicə üçün insanların bəzilərinin ümidlə getdiyi Avropa və İran səhiyyəsi virusun qarşısında aciz qalıb. İnsanlar qarışqa kimi qırılır, tabut da çatışmır. Dərs almaq üçün yetərli faktlar deyilmi? Dövlətimiz özündən asılı olan hər şeyi edir. Bəs insanlarımız necə? İndi lağ- lağa zamanı deyildir. Ölkəmizdə yaşayan hər bir şəxs dövlət hakimiyyət orqanlarının tələblərinə ciddi riayət etməlidir. Məsuliyyətsiz hərəkətlərinizlə hakimiyyət orqanlarına, özünüzə və millətə problem yaratmayın. Unutmayın ki, biz güclü dövlət hakimiyyətinin olduğu ölkədə yaşayırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31