Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
24 Mart 2020 13:52 SosialGənclər və İdman Nazirliyi bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.
Bu barədə Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əmək haqlarının bir hissəsini, 30 min manat məbləğində vəsaiti köçürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31