Vəkillər Kollegiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürdü
24 Mart 2020 13:37 SosialAzərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürülüb.
Vəkillər Kollegiyasından verilən məlumata görə, bu məbləğ vəkilliyin inkişaf fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən bu aksiyada bütün vəkilllərin iştirakı təmin olunub.
Həmçinin dövlət başçısının təşəbbüsü ilə başladılan və ölkə ictimaiyyətinin bütün təbəqələri tərəfindən həmrəy şəkildə dəstəklənən kampaniyaniya vəkillər də biganə qalmayıb və onlar tərəfindən ayrıca təşəbbüslər şəklində də Dəstək Fonduna köçürmələr edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31