Bəhruz Quliyev: "Hər birimiz həmrəy olub, bu təhlükəli infeksiyaya qalib gəlməliyik"
24 Mart 2020 13:02 Sosial" "Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilməsi haqda qərarın verilməsi mövcud vəziyyətin ciddi nəzarətə götürülməsi və məlum infeksiyanın lokallaşdırılması istiqamətində həyata keçrilən tədbirlər kimi anlaşılmalıdır". Bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında operativ qərargahın mütəmadi olaraq əhaliyə müvafiq tövsiyələrini verməsi, eləcə də ciddi qərarların verilməsi belə deməyə əsas verir ki, dövlət vətəndaşının yanındadır: "Əlbəttə ki, vətəndaşlarımız da öz növbələrində xüsusi karantin qərarına əməl etməlidirlər. Hər kəs həmrəy olaraq tətbiq edilən qaydalara müksimum riayət etməyə borcludur. Bu, insanlarımızın sağlamlığı, virusdan yayınması üçün çox vacib amildir".
"Eyni zamanda media qurumunun rəhbəri və təmsilçisi olaraq, düşünürəm ki, müxtəlif KİV-lərdə fəaliyyət göstərən jurnalistlərimiz də davamlı şəkildə ictimaiyyəti məlumatlandırmağa davam etməli, virusa qarşı mübarizədə fəal olmalı, maarifləndirici işlər aparmalıdırlar", deyən ekspert əlavə edib ki, bu işlər sosial şəbəkələrdə də təbliğ olunmalıdır hər kəs müvafiq tədbirlərdən məlumatlansın: "Əlbəttə ki, bir insanın məsuliyyətsizliyi onun ətraflnın fəsadlarla qarşı-qarşıya qalması təhlükəsi ola bilər. Məhz bu baxımdan, ciddi karantinin tətbiq edilməsi həmin əhalinin sağlamlığının qorunmasının ali məqsədi kimi qəbul edilir. Yəni koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən qəbul edilən xüsusi karantin rejimi bizlərin hər burimizə aiddir. Hər birimiz həmrəy olub, bu təhlükəli infeksiyaya qalib gəlməliyik"