Çılpaq halda koronavirusdan danışdı - “Birlikdə batacağıq”
24 Mart 2020 08:43 SosialKoronavirusla mübarizədə özünü karantinə alan müğənnilərdən biri də Madonnadır.
Axşam.az xəbər verir ki, 61 yaşlı ifaçı gül ləçəkləri olan vannada çılpaq videosunu paylaşaraq pandemiya ilə bağlı fikirlərini bölüşüb:
"COVİD-19 yaşa, məşhurluğa, zənginliyə, ağıla, harada yaşadığına baxmır. O, böyük tarazlayıcıdır. Bu səbəbdən də qorxulu və böyükdür. Bizi müxtəlif aspektlərdə bərabərləşdirməsi həm dəhşətli, həm də gözəldir. Əgər gəmi suyun dibinə getsə, hamımız birlikdə boğulacağıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31