KARANTİN rejimi gərəkli və zəruri addımdır-QULU MƏHƏRRƏMLİ
24 Mart 2020 01:28 SosialÖlkədə virus epidemiyasının qarşısını almaq üçün NK-nın elan etdiyi KARANTİN rejimi gərəkli və zəruri addımdır. Amma bu şəraitdə aşağıdakı işlərin də görülməsi vacibdir:
1) maarifləndirmə işləri gücləndirilməlidir.
2) Bakı və digər iri şəhərlərin apteklərindəki maska və spirt çatışmazlığı təcili aradan qaldırılmalıdır.
3) vəziyyətdən sui-istifadə edən maska-spirt işbazları sərt cəzalandırılmalıdır.
4) təhlükəsizlik naminə vətəndaş məsuliyyəti artırılmalıdır.
5) polis orqanlarının şəraitdən sui-istifadəsinə yol verilməməlidir.
6) xırda sahibkarlara, kredit ödəyənlərə, heç bir yardım almayanlara real kömək üçün mexanizmlər tapılmalıdır.
7) tənha yaşayan yaşlı insanlara gündəlik qayğı göstərilməlidir və s.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31