"Dövlətin karantin tədbiri başa düşülən və lazımlı addımdır "-Zahir Məlikli- ÖZƏL

Zahir Məlikli

pedaqoq-yazıçı

İş elə gətirdi ki, taleyimizə fövqəladə vəziyyəti, hərbi vəziyyəti, komendant saatını da görmək yazıldı. Nə yazıq ki, indi də karantin dövründə yaşamaq  qismət oldu. Bütün əvvəlki vəziyyətlərdən deyərdim ki, indiki bu epidemiya dövrü tam fərqlidir. İndiki mübarizə gözlə görsənməyən, nə vaxt, haradan hücum edəcəyi və hətta nə vaxt daxilimizə nüfuz etdiyi bilinməyən bir düşmənlə üz-üzəyik. Ən pisi də budur ki, məsələ yoluxmağımızla bitmir, yoluxduğumuzu bilmədən sayı bilinməyən başqaları üçün təhlükə mənbəyinə çevrilə bilməyimiz də ən yola gedilməsi mümkün olmayan bir "canavarla" qarşılaşdığımızdan xəbər verir. Bütün dünya təhlükə qarşısındadır. Vətəndaşları təkcə öz ixtiyarlarına bu "canavar"ın yuxarıda saydığım xüsusiyyətlərinə görə buraxmaq olmaz. Ona görə mən elə bilirəm ki, dövlətin bu bu karantin tədbiri başa düşülən və lazımlı addımdır.

Əvvəlcə rejimin 1-ci bəndi haqqında.

Bu şərt Türkiyədə artıq tətbiq olunub. Deyərdim ki, yaxşı formada da işlərini qurublar. Xüsusi sosial qurumlar yaradılıb, bu işə polis də yaxından köməklik edir. Yaşlı insanlar  istədikləri hər hansı bir məsələ barədə telefonla lazım olan quruma məlumat verirlər. Lazım olan qurum da təxirəsalmadan onların istəklərini yubatmadan yerinə yetirir. Mənim fikrimcə bənddəki yalnız tənha yaşayan şəxslərə şamil edilən xidmət, bütün yaşlı şəxslərə şamil olunmalıdır. Çünki tənha yaşamayan yaşlı insanın yaşadığı insanlar tərəfindən arzularının hansı şəkildə reallaşdırıldığını bilmirik. Bir çox tənha olmayan yaşlı insanlar problemlərini həll etmək üçün özləri bayıra çıxaraq həll etdikləri halda karantin rejimində bu imkandan məhrum olacaqlar. Bu məsələ nəzərə alınsa yaxşı olar. Bir də yenə də apteklərdə lazımi dezinfeksiyaedici maddələr yox səviyyəsindədir. Maska demək olar ki, yoxdur. Dövlət səviyyəsində bütün vətəndaşlarımız təkbətək bu vacib əşyalar və maddələrlə təmin olunsun. Hansı yolla bunun yerinə yetirilməsini işçi qrupu özü tapa bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31