Koronavirusa qarşı mübarizəyə laqeyd qalmaq olmaz-MUSA QASIMLI- ÖZƏL
23 Mart 2020 21:45 Sosial"Bu gün hər bir Azərbacan vətəndaşından Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etmək, həmişəkindən daha çox məsuliyyətli davranmaq, özünü təcrid etmək, gigiyena qaydalarını gözləmək tələb olunur" Bu fikirləri "Olaylar"a millət vəkili Musa Qasımlı deyib. Bu, baxımdan karantin tədbirləri tam zamanında qəbul edilib. Atılan addımlar həm fərdin, həm də bütün millətin sağlamlığı üçün ən zəruriidir. Koronavirusa qarşı mübarizəyə laqeyd qalmaq olmaz. Dünyanın bəzi qabaqcıl ölkələrinin acı təcrübəsini vətəndaşlarımız unutmamalıdırlar. Cənab Prezidentimiz İlham Əliyevin bilavasitə nəzarəti altında hökumətimiz hər şeyi edir. Amma hər şeyi hökumətdən də gözləmək doğru olmaz. Vətəndaşlardan çox şey asılıdır. Bəzi şəxslərin özlərinin məsuliyyətsiz, lağ- lağı hərəkətləri ilə hakimiyyət orqanlarının işini artırmalarının, yanlış məlumatlar yaymalarının adı nədir?Unutmaq olmaz ki, hökumət üzvləri, tibb işçiləri, bu ağır işin yükünü çiyinlərinə götürənlərin hamısı bizim kimi insanlardır. Onlar gecə- gündüz bilmədən fədakarlıqla çalışırlar. Gəlin biz də fərdi və ictimai davranışımızla dövlət hakimiyyətimizin tələblərinə tam ciddiyyəti ilə riayət edək.