"Azərenerji" Koronavirusla Mübarizə Fonduna 1 milyon manat köçürdü
23 Mart 2020 14:54 Sosial"Azərenerji" ASC koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.
"Azərenerji" ASC-nin əmək haqqı və qənaət olunmuş maliyyə imkanları hesabına 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31