Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Fonda 200 000 manat köçürəcək
23 Mart 2020 14:21 SosialDövlət Şəhərsalma və Arxitektura Komitəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürəcək.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" publik hüquqi şəxsi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 000 manat məbləğində vəsait köçürülməsi qərara alınıb.
Bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bu dövrdə Komitənin kollektivi də xalqımızla həmrəydir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31