“Bayram ünsiyyəti” chalengine başlanıldı- İlk qonaq Eyyub Yaqubov

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yeni "Bayram ünsiyyəti" challenge-inə başlayır.

Olaylar.az bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bayram günlərində koronavirus pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizədə həmrəylik nümayiş etdirmək, izləyicilərimizə xoş əhval-ruhiyyə bəxş etmək və onların asudə vaxtını təşkil etmək məqsədilə #senetinle destekle haştaqı ilə "Bayram ünsiyyəti" challenge-inə start verir. 

Layihə çərçivəsində tanınmış sənətçilər mənzillərindən tamaşaçılarla ünsiyyət quracaq, onları sözlü-nəğməli konsert proqramına dəvət edəcək, arzu və istəklərini canlı olaraq cavablandıracaqlar. 

Layihənin ilk qonağı - Azərbaycan Respublikasının Xalq artisti, tanınmış müğənni Eyyub Yaqubovla "Bayram ünsiyyəti" martın 23-ü saat 17.00-da Baş İdarənin (@bakimedeniyyetidaresi) və müğənninin (@eyyub.yaqubov) instagram hesablarından - canlı yayımlanacaq. 

Hörmətli izləyicilərimiz sizi #senetinle destekle haştaqı ilə sevilən müğənnimiz Eyyub Yaqubovla canlı "Bayram ünsiyyəti"nə dəvət edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31