"Cümhuriyət" və Cebhe.info da Prezidentin təşəbbüsünə qoşulur - “Dəstək Fonduna bacardığımız qədər yardım edəcəyik”
22 Mart 2020 23:29 Sosial"Cümhuriyət" və Cebhe.info da Prezidentin təşəbbüsünə qoşulur- Rəfail Becanov: "Dəstək Fonduna bacardığımız qədər yardım edəcəyik"
"Koronavirus pandemiyadır. Dövlət üzərinə düşən bütün məsələləri həll edir, müvafiq önləyici tədbirlər görülür. Bütün qərarlar təqdirəlayiqdir və cəmiyyət tərəfindən dəstəklənir". Bu sözləri özünün "facebook" səhifəsində Cebhe.info xəbər portalının baş direktoru, "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov yazıb.
Baş redaktor bildirib ki, pandemiya ilə mübarizə hər bir vətəndaşın da üzərinə məsuliyyət qoyur:
""Cümhuriyət" qəzeti və Cebhe.info xəbər portalı, Cebhe TV olaraq, Azərbaycan Prezidentinin təşəbbüsünə qoşulur və redaksiya olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna bacardığımız qədər yardım edəcəyik. Hesab edirik ki, hər kəs əlindən gələni etməlidir. Biz vətəndaşlar da nə bacarırıqsa, onu etməli və ümummilli məsələlərdə dövlətə dəstək göstərməklə öz vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. İnanırıq ki, biz bilikdə güclü olub qalib gələcəyik!
Tanrı millətimizi və dövlətimiz qorusun!"