Korona ilə mübarizə: "Zeytun" 500 min, "Sədərək" isə 100 min ayırdı
22 Mart 2020 23:25 SosialƏczaçılıq fəaliyyəti ilə məşğul olan "Zeytun Pharmaceuticals" MMC və "Sədərək" firması koronavirusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müvafiq olaraq 500 min manat və 100 min manat vəsait köçürüb.
Fondun məqsədi koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınmasına, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31