Deputatın bacısı da onun çağırışına qoşuldu
22 Mart 2020 16:27 SosialAzərbaycan Prezidentinin hər bir azərbaycanlının səhhətinə, onun sağlamlığına münasibətinin göstəricisi olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratması ölkəmizdə rəğbətlə qarşılanıb. Bu addım cənab Prezidentin hər bir azərbaycanlının, hər bir vətəndaşın onun üçün, dövlətimiz üçün nə qədər dəyərli olduğunu və dövlətin öz vətəndaşlarına necə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi. Öncə koronavirusla mübarizə aparan səhiyyə işçilərinin əmək haqları ilə bağlı verdiyi qərar, sonra isə xüsusi olaraq Koronavirusla Mübarizəyə Dəstək Fondunu yaratması dövlət başçımızın xüsusi qayğısının təzahürüdür. Bu qərarları alqışlayan və fondun bank hesabına vəsait ödəyən Qənirə Paşayeva imkanlı şəxslərə müraciət edib: "Azərbaycan dövləti koronavirusla mübarizədə də nümunəvi addımları ilə fərqlənir. Dövlətin bu cür qayğısı, çevik addımları və fəaliyyəti hər birimizin üzərimizə böyük məsuliyyət qoyur. İnsanlarımız koronavirusa qarşı mübarizəyə öz səhhətlərinə biganə yanaşmamaqla dəstək verməlidirlər. İş adamlarımız isə bu məqamda Prezidentimizin təşəbbüsünə qoşulmalı və Fondun genişlənməsinə çalışmalıdırlar. Ona görə də iş adamlarına da müraciət edirəm ki, bu çağırışa qoşulsunlar və Azərbaycanın koronavirusla mübarizədə apardığı mücadiləyə maddi dəstək versinlər". Bu çağırışa qoşulanlardan biri də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın Türkiyədə yaşayan bacısı Kəmalə Paşayevadır. O, sosial şəbəkədə bu şağırışa böyük məmnuniyyətlə qoşulduğunu açıqlayb. K.Paşayeva yazır: "Ölkəmizin hüdudlarından kənarda yaşasam da, bir Azərbaycan türkü olaraq, Azərbaycan vətəndaşı olaraq, özümə mənəvi borc bilirəm ki, cənab Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüsün bir parçası olum. Bu gün aylıq əmək haqqımdan müəyyən bir hissə vəsaiti Koronovirusla Mübarizəyə Dəstək Fondunun hesabına köçürdüm. Azərbaycan dövləti həm siyasi, həm də iqtisadi olaraq güclü dövlətdir. Dövlətimiz koronovirusla mübarizədə böyük işlər görür. Lakin düşünürəm ki, bəşəriyyət və insanlıq üçün bir ciddi problemlər yaradan bu pandemiya ilə mübarizəni sadəcə dövlət və hökümətlər aparmalı deyil. Bu mübarizəyə bütün insanlar həmrəy olub, həm öz ölkələrində, eyni zamanda yaşadıqları ölkələrdə imkanları daxilində maddi və mənəvi olaraq dəstək olmalıdırlar. Mən ölkəmizin hüdüdlarından kənarda yaşayan soydaşlarımıza səslənirəm. Gəlin, həmrəy olaq. Siz də imkanlarınız daxilində cənab Prezidentin təşəbbüsü ilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna öz dəstəyinizi göstərin".
Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti