21 Mart Beynəlxalq Poeziya Günüdür
21 Mart 2020 15:21 SosialBu gün Dünya Poeziya Günüdür.
Olaylar.az-ın məlumatına görə, bu əlamətdar günün qeyd olunmasında məqsəd milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls verməkdir. Dünya Poeziya Günü UNESCO tərəfindən 1999-cu ildə təsis edilib.
Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı nümunələri olan bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.
Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Vurğun və digər klassik şairlərinin poeziyası hafizələrdə, ürəklərdə yaşayaraq, insanları sevməyə, gələcəyə, həyata səsləyir. Xalqımız öz qüdrətli sənətkarlarının xatirəsini daim uca tutur, onların poeziyasını qoruyaraq nəsildən-nəslə ötürür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31