COVID-19: Ən optimal çıxış yolu- YƏHYA BABANLI YAZIR
20 Mart 2020 18:16 SosialYƏHYA BABANLI
Bəşəriyyəti təhdid edən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdən də yan keçmədiyi təbiidir və bəllidir.
Lakin bu mərəzin itkilərinin minimuma endirilməsi ən başlıca məqsəd və vəzifədir ki, bununla əlaqədar çox ciddi işlərə ehtiyac yaranıb.
Dünyanı bürüyən həyat təhlükəli pandemiya ilə mübarizənin effektiv şəkildə həyata keçirilməsi üçün dövlət ilə xalqın qarşılıqlı fəaliyyəti və hərəkəti lazımdır.
Dövlət Başçısı cənab İlham Əliyevin bu pandemiya ilə bağlı atdığı addımlar, törədəcəyi fəsadların qarşısının alınması istiqamətində gördüyü qabaqlayıcı tədbirlər, bir sözlə diqqət və qayğısı göz önündədir.
Prezident və Birinci vitse-prezidentin xəstəlik əleyhinə bütün mübarizə üsulları ilə bağlı zəruri vasitələrin reallaşdırılması prosesini şəxsi nəzarətə götürməsi öz müsbət nəticəsini verir.
Əlbəttə, Özümüz üçün hər iki dövlət adamının xalqa ünvanlanan çağırışına həssas yanaşılmalı, buna ciddi riayət olunmalı və bütünlükdə ön planda saxlanılmalıdır.
İnsanların məlumatlandırılması və profilaktika məsələləri prioritetdir.
Bu xüsusda, verilən qərar və sərəncamlar birbaşa dövlət və xalqın mənafeyinə hesablanıbdır ki, bu da həmin sindromdan ən minimum zərər və ziyanla çıxılmasına səbəb ola bilər.
Buna görə də Hökümət səfərbər olunub, Operativ Qərargah yaradılıb, şəxsən Baş Nazir cənab Əli Əsədov özü bu işə rəhbər şəxs kimi gərgin iş qrafikində peşəkarcasına koordinasiya həyata keçirir.
Həyati vacib əhəmiyyətli tapşırıq və tövsiyələrini verir.
Açıq-aşkar görünür ki, mövcud situasiyadan çıxış yolu ancaq və ancaq qayda-qanunlara ciddi riayət olunması, vətəndaşlıq məsuliyyətinin dərk edilməsi və müdriklik nümayiş olunmasıdır.
Ümumilikdə ağır şərait həmrəyliyimizi, təmkinimizi və dəstəyimizi ifadə etməyi tələb edir.
Əminəm ki, xalqla dövlət vəhdəti bizi bu ağır sınaqdan da çıxaracaq, aqil və yetkin əhalimizin bu fədakarlığı Azərbaycan tarixinə müvəffəqiyyətlə yazılacaqdır.
Gərək, Bizi birləşdirən dəyər, kainat və həyat məna-məzmunlu üç rəngli müqəddəs bayrağımızın yüksəklərdə müstəqil dalğalanması üçün bu çətin imtahana hazır olaq və qara qüvvəyə mütəşəkkil qaydada qalib gələk.
Məhz planetin konfiqurasiyasının dəyişdiyi indiki mürəkkəb vəziyyətdən ən optimal çıxış yolu
Ümummilli lider Heydər Əliyevin: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" prinsipidir.