Virusdan qorunmaq və güclənmək üçün 10 qida - Menyunuza daxil edin
20 Mart 2020 17:12 SosialDünyanı təsiri altına alan koronavirüs təhlükəsinə diqqət çəkən mütəxəssislər immun sistemimizin də möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayırlar.
Onlar koronavirusdan qorunmaq və immun sistemini gücləndirmək üçün qəbul edilməli olan qidaların adlarını sadalayıblar.
Qəbul edilməli olan qidaların adları və gərəkli olan 10 qayda.
1. Hər gün bədənin su tələbatını ödəmək və qripdən qorunmaq üçün 2-2.5 litr su qəbul edilməlidir.
2. Vitamin və minerallar qəbul edilməli, xüsusən sitrus meyvələri yeyilməlidir.
3. Xüsusilə D vitamini, sink, dəmir və B12 səviyyənizin yoxlatdırmalı və buna uyğun qidalanmalısınız. Ekspertlər soyuducunu mövsümü meyvə və tərəvəzlə doldurmanızı tövsiyə edir.
4. Sarıkök, zəncəfil, qırmızı bibər, qara bibər, kəklikotu kimi ədviyyatlardan istifadə sizi virusdan mükəmməl qoruyacaq.
5. Mütəxəssislər virusdan qorumaq üçün gündəlik arı südü və bal yeməyinizi məsləhət bilirlər.
6. Həkimlər soğan və sarımsaq kimi qidaların güclü antibiotik olduğunu və yeməklərinizdə bol-bol istifadə etməyi tövsiyə edirlər.
7. Qatıq, kefir, sirkə turşusu kimi tərkibi probiotiklərlə (dost bakteriyalar) zəngin olan qidalar qəbul edin ki, bağırsaqlarınız sağlam olsun və sizi hər cür mikroblardan qorusun. Həkimlər hesab edir ki, hər gün bir stəkan kefir içmək insan orqanizmini qış xəstəliklərindən qoruyur.
8. Təzə zəncəfil B6 vitamini, C vitamini, kalsium, dəmir, maqnezium, kalium-manqan və lif ilə zəngindir. Ondan istifadə soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
9. Mütəxəssislər həftədə 2 dəfə dəniz balığı yeməyinizi tövsiyə edir. Çünki dəniz balıqlarında yüksək antioksidan təsiri olan Omega 3 var. Bir çox tədqiqat göstərir ki, Omega 3 yağ turşuları immunitet sistemini gücləndirir, kolon və prostat xərçənginin qarşısının alınmasında xüsusi rol oynayır.
10. Son illərdə aparılan araşdırmalar göstərir ki, həddindən artıq şəkər istehlakı bağırsağın fəaliyyətini pozaraq immunitet sistemini sıxışdırır. Buna görə də yemək menyunuzda şəkər və şəkərli qidaları mümkün qədər azaltmanız tövsiyə olunur.Cebhe.info