TANRININ CƏZASI ... VƏ İMTAHANI Aida Eyvazova yazır
20 Mart 2020 06:12 SosialBu balaca suriyalı uşağı xatırlayırsınızmı? 2014-cü ilin avqust ayında atılan bombalardan yaralanmışdı. Xəstəxanada həkimlərin səyinə baxmayaraq aləmdən uçdu. Uçarkən həkimlərə demişdi: "Mən hamınızdan Allaha şikayət edəcəm...". Dostlar sizə elə gəlmirmi ki, Tanrı onun şikayətini eşitdi. Əslində fərqindəsinizmi, 2015-ci ildən etibarən dünyada kattaklizmalar çoxaldı, qlobal istilər başladı. Tanrı bizə 7 il vaxt verdi ki, bəlkə bir özümüzə gələk. Müharibə etməyək, günahsız insanları qırmayaq, haram yeməyək, hiyləgərlik etməyək, saxtakarlıqdan uzaq olaq, kimsəyə tələ qurmayaq, Tanrını aldatmayaq(onsuz da onu altadmaq olmur), valideynin üzünə ağ olmayaq, ailə dəyərlərinə üstünlük verək, ananları ağlatmayaq, milli mənəvi dəyərləri qoruyaq, rüşvət alıb, talançılıq edib dövləti talamayaq... xalqı, dövlət başçısını aldatmayaq. Dövlətin rəhbəri Tanrının Yer üzündə təyin etdiyi elçisidir. Ona yalan danışan Allahına, Tanrısına yalan deyər. Yox əgər dövlət başçısı da Yerdəki bəndələrinə yalan danışarsa, o zaman onun cəzasını bütün xalq çəkər. İndi o balaca suriyalı uşağın şikayətini eşidən tanrı, Yerə bəla göndərib, bəs görəsən onun bu imtahanından üzüağ çıxa biləcəyikmi? Kaş bu imtahan sınaqdan sonra, ən azı sovet dövründəki ədəb, mərhəmət və qonşuluq və birgəlik adətlərimizi qaytara bilək. Kaş bu dərs bizim üçün əsil Tanrı dərsi olsun.