Azay Quliyev marafona qoşuldu: “Koronovirusla mübarizə fonduna vəsait köçürəcəm”
20 Mart 2020 05:59 SosialMillət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev koronovirusla mübarizə məqsədilə aparılan işə öz töhfəsini vermək niyyətini açıqlayıb.
Millət vəkili bu barədə Tvitter səhifəsində yazıb:
"Prezident tərəfindən "Koronavirusla Mübarizəyə Dəstək Fondu"nun yaradılması epidemiyanın qarşısının alınması və bu mübarizənin önündə gedənlərə hərtərəfli dəstəyin verilməsi üçün mühüm addımdır. Mən də bu ümummili işə töhvə vermək məqsədilə əmək haqqımdan fonda vəsait köçürəcəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31