Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa olundu
19 Mart 2020 19:46 SosialBayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq, "Azərbaycan Dəmir Yolları" QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir. Bu barədə məlumat "OLAYLAR"-a qurumdan daxil olub. Bildirilib ki, 19, 20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı- Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.
Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31