Mart ayı üzrə bütün pensiyaların ödənişi yekunlaşıb

Mart ayı üzrə bütün pensiyaların ödənişi yekunlaşıb

Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiyaların ödənişi qrafikdə nəzərdə tutulduğundan əvvəl, bayram ərəfəsində yekunlaşıb. Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki, ödənişin həyata keçirilməsinə hələ martın ilk həftəsində başlanılmışdı və bütün ölkə üzrə bu proses başa çatdı. Xüsusi rütbəli şəxslərin, hərbi qulluqçuların, dövlət qulluqçularının və b. da mart ayı üzrə pensiyaları ödənilib. Eyni zamanda, müavinət və təqaüdlərin də qrafikdə nəzərdə tutulduğundan əvvəl olmaqla bayrama qədərki günlərdə ödənilməsi təmin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31