Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanıb
19 Mart 2020 15:08 SosialOğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluqda bilinən Bakı şəhər sakini İ.Məmmədov saxlanılıb. O, 2 avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinir. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. Araşdırma davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31