Aptekdən oğurluq edən şəxs saxlanıb

Bakıda aptekdən 4 min manatlıq oğurluq olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun və A.Həsənovun ətraflarında Nərimanov RPİ 18-ci PŞ və Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Nərimanov rayonu ərazisindəki bir köşkdən 2000 manat dəyərində tütün məmulatı, bir aptekdən 3750 manat və bir mağazadan isə148 manat pul oğurlamaları da müəyyən edilib. Davam etdirilən tədbirlərlə A.Həsənovun H.Dadaşzadə ilə birgə Nizami rayonu ərazisindəki bir gözəllik salonundan 480 manat oğurlamaları da müəyyən edilib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31