Evlərə qənim kəsilən keçmiş məhkumlar ələ keçiblər

Evlərə qənim kəsilən keçmiş məhkumlar ələ keçiblər

Paytaxt Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı  Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan və Suraxanı qəsəbələrində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı S.Abdullayevin Hövsan qəsəbəsində 10, H.Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.  Faktla bağlı saxlanılan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31