Aydın Quliyevdən unukal TƏKLİF- Özəl xəstəxanalar...

Özəl klinikalar koronovirus dövründə dövlətə və cəmiyyətə heç bir fayda vermədilər -Azərbaycanda özəl klinikalar niyə də yenidən dövlətləşdirilməsin ....Bu  fikirləri  politoloq Aydın  Quliyev  özünün  feysbuk  səhifəsində  bildirib.

Koronavirus deyilən təhlükə ilə qlobal mübarizə mərhələsi başlayandan ölkəmizdə diqqət çəkən bir təzahür də budur ki,özəl tibb müəssisələri özlərini çox soyuq,laqeyd və zəif aparırlar.Bu ölkəni bürüyən qorxunun sanki onlara dəxli yox imiş..Bəlkə də dəxli var və orurub gəlir mənbəyi olan xəstələrin say artımını gözləyirlər.Faktdır ki,özəl xəstəxana biznesinin "kralları" bu ölkədə illərdi ən samballı gəliri olan adamlar sayılır.Bir qəpiklərindən keçməz,yetim yesirə əl tutmaz,qaçqın və köçkünlərə əl uzatmaz, müharibə əlili və şəhid ailəsi bilməz,dövlət başçısının "Sosial məsuliyyət"layihələri çərçivəsində heç bir çağırışa cavab verməzlər..

Özəl xəstəxanaların Koronavirusla mübarizədə zəif,utilitar iştirakı bütün dünyada özünü göstərsə də , bu problem Azərbaycanda daha dəhşətli şəkildə üzə çıxır. .Bütün ağırlıqlar dövlət xəstəxanalarının üzərinə düşüb.Belədə yalnız öz "krallarına "quduz pullar qazandıran özəl xəstəxanalar və klinikalar sistemi bizə lazımdlrmı?

Bir vaxtlar dünya ölkələri dövlət xəstəxanaları sistemindən kütləvi şəkildə özəl xəstəxanalar susteminə keçdi.Onda dövlətlər və hökumətlər nisbətən kasıb,özəl sektor isə varlı idi.Öz dövrü üçün ən yaxşı xəstəxanalar məhz bu səbəbdən əsasən özəl sektorlarda yarana bildi.İndi ki hər şey tərsinə və həm də yaxşı tərəfə dəyişib.Məsələn ,Azərbaycan dövləti bu gün dünyada ən yaxşı dövlət xəstəxanaları yaratmaq imkanına malikdirsə və yaradırsa,niyə də bütün xəstəxanaların yenidən dövlətləşdirilməsi dövrünə qayıtmayaq?!Ölkənin ən ağır günlərində hər tibbi problemi çiyninə çəkən belə imkanlı və sosial dövlətimiz varsa, xəstəxana sistemləri niyə də Həsənqulunun,Məmmədqulunun əlində olmalidir və bu "qulular" da çətin virus günlərində yaxalarını kənara çəkərək ancaq şıdırğı pul qazanmaqlarında olsunlar?Özəl klinika və xəstəxanaların gündəlik kassasının az qala Mərkəzi Bankın filiallarından biri qədər varlı olduğunu kim bilmir ki?!

Bəzi ölkələr 21-ci əsrdə artıq özəl xəstəxanalar sisteminin özünü sosial məsuliyyət müstəvisində qətiyyən doğrultmadığını ,ancaq kimlərinsə şəxsi gəlir mənbəyinə çevrildiyini açıq deyir, bu səbəbdən də xəstəxanaların dövlətləşdirilməsinə yenidən qayıtmağı qərarlaşdırır.

Bəs Azərbaycan nə üçün özünü doğrultmayan özəl klinikalardan dövlət xəstəxanaları sisteminə qayıtmasın?! Burada söhbət heç kimin əmlakının müsadirə edilməsindən getmir.

Qərar olarsa ,kimsənin əmlakına qətiyyən ziyan vurmadan hamının əli çatan və çətin günlərdə isə ictimai yükə çiyin verən dövlət xəstəxanaları sisteminə yenidən qayıtmaq mümkündür..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31