Nüşabə qızının toy vaxtını açıqladı - FOTO
19 Mart 2020 12:21 SosialƏməkdar artist Nüşabə Əlsəgərli qızı Nigarın toy vaxtını açıqlayıb. O, bu haqda verilişlərin birində danışıb. İfaçı bildirib ki, toyun yay ayında olması gözlənilir: "Toy iyulda olacaq. Məclisə xaricdən çox önəmli bir qonaq gətirməyi düşünürəm".
Qeyd edək ki, ifaçının qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı Gino isə aşpazdır. O, Türkiyə vətəndaşıdır.

sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31