Yunus Oğuz :"Dövlətimizin və bir-birimizin yanında olmalıyıq! "
19 Mart 2020 12:18 SosialYazıçı publisist Yunus Oğuz Prezident İlham Əliyevin Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamına münasibət bildirib. Yazışı özünün feysbuk səhifəsində deyib ki, dünyamızın koronavirusla mübarizə apardığı bu çətin dönəmlərdə Azərbaycan prezidenti İlham Əliyevin virusla mübarizənin "qaynar" nöqtəsində olan həkimlərimizin və könüllülərin maaşlarının artırılması ilə bağlı imzaladığı sərəncam alğışa layiqdir.Bu o deməkdir ki,dövlətimizin başçısı hər bir vətəndaşının yanındadır.Bu o deməkdir ki,prezidentimiz "mənəm-mənəm" deyən ölkə rəhbərlərindən daha tez və daha operativ şəkildə situasiyanı nəzarətə götürdü. Elə bunun sayəsində Azərbaycanın müvafiq qurumları və insanları koronavirusa qarşı tam səfərbər olunub.Hamımız-kimliyindən asılı olmayaraq hamımız bu mübarizədə dövlətimizin və bir-birimizin yanında olmalıyıq! İnşallah həm dünyamız, həm də Azərbaycanımız bu bəladan tezliklə qurtular.Tanrı dünyamızı və Azərbaycanımızı qorusun!".İndi həm də hər kəsin taleyi öz əlindədir. Əlaqədar qurumların tövsiyələrinə mütləq şəkildə əməl etmək və başqalarını da buna məcbur etmək lazımdı! Bu virus zarafat və səhlənkarlıq sevmir! Özümüzü və sevdiklərimizi qoruyaq."