Yunus Oğuzun “Ovçu” romanı Azərbaycanın qəhrəmanlıq ruhunun təzahürüdür

Yəhya Babanlı, Tarix üzrə fəlsəfə doktoru

Yunus Oğuzun böyük mətləbə köklənən-geniş əhatəli "Ovçu" tarixi romanı Azərbaycan ruhunu əks etdirən dəyərli nümunə və səlnamədir. Müharibə şəraitində yaşayan bir cəmiyyətdə belə qəhramanlıq obrazlarının yaradılması mənəvi-psixoloji cəhətdən mühüm əhəmiyyət daşıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinin dönüş nöqtəsi olan, "Aprel döyüşləri"nin xarakterini və keyfiyyətini cəmləşdirən bir əsərin ərsəyə gətirilməsi gələcək zəfərimiz üçün əzmi və hünəri aşılayır. Belə əsərlərin yazılması dövlətçilik, müstəqillik və suverenlik baxımından olduqca zəruridir. Atəşkəs rejimində yaşasaqda itikilərimiz durmadan vardır, hər il onlarla şəhid veririk. Bu xüsusda, real tarixi faktlara söykənən qəhrəmanlıq səlnaməsinin yazılması ümummilli maraqlarımıza xidmət edir və xalqımızın sağlam mənəvi-psixoloji inkişafına, gənclərin vətənpərvərlik keyfiyyətlərinin artırılmasına və ruh yüksəkliyinə töhfə verir. Oxucuların hiss və duyğuları qidalanır, əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Dərin yaradıcılıq təxəyyülünün məhsulu, fəlsəfi-məntiqli və məzmunlu, Vətənə məhəbbəti, sədaqəti, xidməti aşılayan "Ovçu" tarixi romanına dair bədii və cizgi filmlərinin çəkilməsi, eləcə də romanın dərsliklərə salınması milli məqsədimizə uyğundur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31