Koreyalılar koronavirusu əvvəlcədən PROQNOZLAŞDIRIBLAR

2018-ci ildə Cənubi Koreyada yayımlanan serialın 10-cu seriyasında günümüzdə mövcud olan və minlərlə insanın ölümünə səbəb olan koronavirusun bütün detalları açıq-aşkar ekranlaşdırılıb.

Milli.Az xəbər verir ki, 2018-ci ildə Cənubi Koreyada çəkilən chr("39")chr("39")My secret terriuschr("39")chr("39") adlı serialda koronavirus kəhanəti ortaya çıxıb. Belə ki, serialın 10-cu seriyasında xəstəxana səhnəsində koronavirusun əlamətləri və insanların müalicə olunmaması bir-bir səhnələşdirilib. Bununla yanaşı koronavirus bioloji silah kimi göstərilib. Serialda qadınla danışan həkim chr("39")chr("39")Bu virus ölüm halını 90 faizə çıxarmaq üçün üzərində işlənilmiş, mutasiyaya uğramış koronavirusdur. Virus 5 dəqiqə ərzində ağciyərlərə yoluxur. 2 ilə 14 gün arasında müddəti var. Bu insanın hazırladığı virusdurchr("39")chr("39") ifadələrini işlədir. Serialda virusun bioloji silah olduğu və peyvəndinin olmaması xüsusi ilə vurğulanıb. (ölkə.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31