İlahiyyat İnstitutunda (Aİİ) videodərslərə start verilir
18 Mart 2020 14:25 SosialAzərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq Azərbaycan İlahiyyat İnstitutunda videodərslərə start verilir. Bu barədə məlumat "OLAYLAR"-a təhsil ocağından verilib. Bildirilib ki, İnstitutda təhsil alan tələbələr dərs prosesindən kənar qalmaması üçün ali təhsil müəssisəsinin rəsmi "facebook" səhifəsində (https://www.facebook.com/ilahiyyatinstitutu/) yayımlanacaq dərsləri izləyə bilərlər. Dərslər bütün kursları əhatə edəcək.