Düşüncələrinizi dəyişdirəcək Karma qanunları

Çoxumuz bilirik ki, həyatımıza pis təsir edən karma dünyada həqiqətən mövcuddur. Bəs karma qanunları ilə həyatımızı müsbət istiqamətdə dəyişdirmək mümkündürmü? Bilicilər hesab edir ki, bu, mümkündür.

Olaylar.az bildirir ki, ətrafımızda baş verənlərin dövr etməsi Karmadır. Nə edirsənsə onu da geri qazanırsan. Odur ki, ətrafınıza, düşüncələrinizə diqqət edin və qanunlarla tanış olun.

1. Ali qanun

Həyat sizə ona yatırdığınız sərmayəni artıqlaması ilə geri qaytarır. Xoşbəxt olmaq və həyatınızın böyük sevgisini tapmaq istəyirsiniz? Odur ki, başqalarına hörmət edin, qayğısına qalın, xeyirxahlıq edin və sevin.

2. Yaradılış qanunu

Həyatda heç bir şey öz-özünə baş vermir, siz bunun üçün iş görməlisiniz. Özünüz olun!

3. Artım qanunu

İrəli getmək üçün başqalarını yox, özünüzü dəyişdirin. İnsan öz düşüncələrini dəyişən kimi xarici amillər də dəyişir.

4. Təvazö qanunu

Nəyisə dəyişmək üçün onun taleyin hökmü olduğunu qəbul etmək lazımdır. İnsanlarda yaxşı keyfiyyətləri görməyə çalışın. Fikrinizi dostlar üzərində cəmləyin, düşmənlər üzərində deyil.

5. Məsuliyyət qanunu

İstənilən problemlərin mənbəyi sizsiniz. Fərd dünyanın əksidir. Bütün həyatınızın məsuliyyətini özünüz daşıyırsınız.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31