Gözəllik salonundan oğurluq edən yaxalandı

Bakıda mağazalar və gözəllik salonundan oğurluq edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17 və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Həsənov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 2 900 manat oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə onun R.Dadaşzadə ilə birgə bir gözəllik salonundan 2 000 manat, 1 700 ABŞ dolları, 500 avro pul və 350 manat dəyərində qızıl üzük oğurlamaları da müəyyən edilib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31