QHT-lər və könüllülər koronavirusla mübarizəyə qoşula bilər- Rəfail Becanov

"Ölkə rəhbərliyi səviyyəsində proseslərin diqqətdə saxlanılması və virusla mübarizə üçün bütün gərəkən önləyici təbdirlərin görülməsi, hökumətin qəti mübarizə strategiyasının göstəricisidir. Nümunə olacaq bir fəaliyyət sərgilənir. Qəbul olunan qərarlar infeksiyanın Azərbaycanda pandemiyaya keçməsinin qarşısını almaq yönündə çox mühüm operativ planın tərkib hissəsidir". Bu sözləri Olaylar.az-a Cebhe.info saytının və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanov deyib. Onun sözlərinə görə, virusa yoluxanların sağalması tibbi heyətin də gərgin və lazımi formada fəaliyyətinin təzahürüdür: "Verilən məlumata görə, artıq 10 nəfər sağalıb. Digər müsbət cəhət isə odur ki, vətəndaşlar qəbul edilən qərarlardan razıdır və dəstəkləyirlər. Ölkədə panik durum yoxdur. Virusdan qorunmaq üçün profilaktik maarifləndirici tədbirlər aparılır. Profilaktik tədbirlərin gücləndirilməsi üçün könüllüllərin də xidmətindən istifadə etmək mümkündür. Bu il "Könüllülər ili"dir. QHT-lərin və digər qurumların könüllülərini də prosesə cəlb etmək olar. Dezinfeksiyaedici maddələrlə əhalinin hələ də sıxlığı müşahidə olunan yerlərdə - metro stansiyalarında, onların vestibülündə, girişlərində, avtobuslarda, avtobus dayanacaqlarında xüsusi geyimli könüllülər dezinfeksiyaedici maddələrlə insanların olduqları bu sıx məkanlarda əllərini dezinfeksiya etmələrinə yardımçı ola bilərlər. Eləcə də profilaktik tədbirlərlə bağlı müvafiq qurumların hazırladığı müxtəlif broşurların, bukletlərin paylanmasında iştirakçı olarlar. Bu həm maarifləndirici xarakter daşıyar, həm də qorunmaq üçün vəsilə ola bilər". Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31