GDU-nun dekan müavinin ibtidai istintağı başa çatıb

Gəncə Dövlət Universitetinin dekan müavini Anar Yusifov barəsində açılan cinayət işi yekunlaşıb. "Olaylar" xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. A.Yusifovun barəsində aparılan ibtidai istintaq artıq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31