Bu epidemiyada özünütəcrid çox vacibdi.... VAQİF QARAYEV

VAQİF QARAYEV

HƏKİM

Covid 19! Çin virusla vidalaşmaq üzrədi....maraqlıdır ki, Çin mütəxəssisləri İtaliyaya yardıma gedib...Bİr italyan yazarı öz millətini ünsiyyətcil və əhlikef adlandırıb...virus qığılcımı əvvəlcə cəmi bir neçə min əhalisi olan iki kiçik qəsəbəyə düşüb...nə hökumət, nə də əhali buna fikir verməyib...nəticədə ölkə "yanmağa" başlayıb.....səhiyyə hazırlıqsız və iflic vəziyyətində...Avropa İttifaqı İtaliyaya yardım etməkdən imtina edib...Bu, insanlığa sığmayan hərəkətdi!!!

Almaniya, İspaniya, Fransa , C. Koreya, İran yaxşı durumda deyil! ABŞ-da epidemiya artan templə gedir! Türkiyədə də ölüm faktı qeydə alınıb !

Gələk özümüzə...yoluxma sayı artır...bu, gözlənilən idi...əslində virus daşıyıcıları tez aşkarlansa yaxşıdı! Karantində olanlarla məsələ bəllidi...müayinə olunacaqlar...virusu olanlar müalicə də olunacaqlar..

Bu epidemiyada özünütəcrid çox vacibdi....yəni "qaynar nöqtədən" gələnlər bu qaydaya mütləq əməl etməlidirlər! İnkubasiya dövrü müddətinə özlərini təcrid etməlidilər! Yoxsa virus sərbəst gəzəcək ölkədə!

Virusdan qorunmaq üçün umumi gigiyenik qaydalar haqqında iki aydan çoxdur ki, hər gün kifayət qədər yazılar dərc olunur...yeni heç nə yoxdur....spesifik bir nəsnə də yoxdur!

Özümüzü qoruyaq!!!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31