“Metroda kitab oxu” adlı sosial aksiyasına start verildi
“Metroda kitab oxu” adlı sosial aksiyasına start verildi
17 Mart 2020 14:54 SosialSabunçu Gənclər Evi və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində "Metroda kitab oxu" adlı sosial aksiya keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, aksiya "2020 - könüllülər ili" ilə əlaqədar olaraq Sabunçu Gənclər Evinin könüllülərinin iştirakı ilə keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrində keçirilən zamanın səmərəli dəyərləndirilməsi üçün gənclərin timsalında hər bir kəsi kitab oxumağa cəlb etmək olub. "Metroda kitab oxu" adlı sosial aksiya çərçivəsində Metropoliten daxilində - qatar və vaqonlarda, metro stansiyalarda, yeraltı metro keçidlərində Sabunçu Gənclər Evinin könüllüləri sərnişinlərə kitab hədiyyə edərək onları kitab oxumağa çağırıb.