Özəl tibb müəssisələri yoxlanılacaq

Azərbaycanda özəl tibb müəssisələrində yoxlamaların aparılması barədə qərar qəbul olunub. "Olaylar"ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişiklik haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-ə qədər dayandırılıb: "Lakin burada istisnalar mövcuddur. Bu istisnalar dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara təhlükə yarana hallarda dövlət orqanlarına yoxlamalar aparmağa icazə verir. Təqdim olunan qanuna əsasən, həmin istisnaya özəl tibb fəaliyyəti subyektlərində yoxlamalar da əlavə olunur". Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31