Jalə Mütəllimova Seyidli: "Ay şərəfsiz, sənin qızın..."
17 Mart 2020 13:53 SosialJalə Mütəllimova Seyidli
Xatırlayırsınızmı, bir neçə gün əvvəl 29 yaşlı dörd uşaq anası intihar edib yazmışdılar. İndi oxuyuram ki, atası şikayət verib. Qızımı ət maşını ilə döyüblər, ölüb, sonra aparıb asıblar ki, guya intihar edib. Deyir ölümünə qədər də onu vəhşicəsinə döyürdülər, əri, qayınatası, qayınanası. Heç nə demirəm, bircə ət maşını alam əlimə gedəm tapam o dədəni yıxam dizimin altına, təpəsinə-təpəsinə çırpam o ət maşını ilə ki, ay heyvan, 29 yaşında qızı neçə yaşından ərə vermisən ki, artıq dördünü doğub? Ay dana, 29 yaşında qızını harada ali təhsil alıb? Ay yaramaz,harada işə düzəltmişdin onu? Ay heyvərə, niyə basıb ərə vermisən,düşünmüsən Hümmətin qızı getdi səninki evdə qaldı? Ay vəhşi, döyülə-döyülə doğulan uşaqların gələcəyi, özü də anasız, necə olacaq, bilirsən? Dörd dənə potensial tərbiyəsiz, savadsız, psixoloji travmalı yetimi niyə miras qoydun bu ölkəyə? Ay şərəfsiz, sənin qızın dəfələrlə heyvan kimi döyüləndə harda ölmüşdün, niyə çəkib gətirib yanında oturdtamdın, ki, qızım səni çöldən tapmamışam? Allah bəlanı versin öl də, öl...Baxarsan ki, arsızlıqdan, aldığı zərbələrdən əlində o ölməz, durub çıxıb gedər, sənin də bağrın partlaya-partlaya qalarsan beləcə? Hara gedirik? Mırt, hırt, biri də var onu deməyi day ayıb bildim...