Gigiyena və karantin rejimlərini pozanlar azadlıqdan məhrum ediləcəklər
17 Mart 2020 13:28 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik edilməsilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, sənədə görə, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq. Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 mindən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.