Deputat tibb işçilərinin maaşlarına əlavə edilməsini təklif edib
17 Mart 2020 13:18 Sosial"Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir"."Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O, bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər güclü rejimdə işləyir: "Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da maaşlara əlavələr edilməlidir. Digər tərəfdən isə onlara mükafatlar da verilə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31