Vitse-spiker çağırış etdi: ”Kişilər öpüşməsin”
17 Mart 2020 13:01 Sosial"Baş Nazirin yerli icra hakimiyyəti orqanlara göndərdiyi məktubu əsas götürərək, tövsiyələrə əməl edilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Adil Əliyev deyib. Bildirib ki, iclasların, toplantıların yalnız telefon, mobil elektron vasitə ilə keçirilməsinə üstünlük verilməlidir: "Bizim deputatlıqla bağlı toxunulmazlığımız olsa da, koronavirusla bağlı bu səlahiyyət bizə verilməyib. Məqsədimiz insanlarla təmasdan yayınmaqdır. Azərbaycanda kişilərin öpüşmək məsələsinin qarşısını almaq üçün böyük təbliğata ehtiyac var. Məsələni çox uzatmadan qanun layihələrini səsə qoyaq və qanunları pozmayaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31